Abşeron rayonunda intihar hadisəsi baş verib.
Hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 33 yaşlı Nizaməddin İbadov yaşadığı evin qarşısında üzərinə benzin tökərək özünü yandırıb.
ğır vəziyyətdə xəstəxanaya çatdırılan N.İbadovun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, N.İbadov İkinci Qarabağ müharibəsi qazisidir.
O, Suqovuşanın, Hadrutun, Füzulinin, Cəbrayılın və Kəlbəcərin işğaldan azad olunmasına görə medalları ilə təltif olunub.
N.İbadov müharibədən sonra ruhi xəstəliyə tutulubmuş.
Faktla bağlı araşdırma aparılır.