Britaniyalı nazir İsraildə bunkerə sığınmalı oldu - VİDEO

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrailə səfəri zamanı Həmas Ofakim şəhərini raket atəşinə tutub.

Stopnarkotik.az unikal-a istinadən xəbər verir ki, hava hücumu xəbərdarlığından sonra cangüdənlər naziri dərhal bunkerə aparıb.

Qeyd edək ki, Ceyms Kleverli ölkə rəhbərliyinin nümayəndələri və zərərçəkənlərlə görüşlər keçirmək üçün İsrailə gedib.