Bakıda və Abşeronda evlərdən oğurluq edən şəxslər saxlanıldı

Bakı şəhərində evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, paytaxtın ayrı-ayrı rayonlarında, eləcə də Abşeron rayonunda yerləşən 4 evdən məişət və qızıl-zinət əşyalarının oğurlanması və nəticədə zərərçəkənlərə ümumilikdə 7800 manat maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 41 yaşlı C.Məmmədov, 50 yaşlı A.Quliyev, əvvəllər məhkum olunmuşlar – 40 yaşlı Q.Cəfərov və 24 yaşlı M.Məmmədquliyevin müəyyən olunaraq saxlanılması təmin edilib.

Bundan başqa, Binəqədi rayonu ərazisində yerləşən sexlərin birindən 1994 manat dəyərində təmir alətlərini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı T.Zeynalov və Sabunçu rayonu ərazisində bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı A.Nuriyev mopedlə birlikdə saxlanılıb.

Araşdırmalar aparılır.