Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti oyununu keçirib.
Stopnarkotik.az xəbər verir ki, 32 yaşlı idmançı UFC 313 turnirində ABŞ təmsilçisi Castin Qeydji ilə üz-üzə gəlib.
Las-Veqasda keçirilən görüşün üç raundunun yekununa əsasən, R.Fiziyev rəqibinə uduzub. Hakimlərin yekdil qərarı ilə amerikalı idmançı üstün olub - 29-28, 29-28, 29-28.
Xatırladaq ki, 2023-cü ilin martında "UFC 286" turnirində də R.Fiziyev C.Qeydjiyə məğlub olmuşdu.