Sumqayıtda 35 yaşlı qadın həmcinsini bıçaqladı - YENİLƏNİB

Sumqayıtda qadının bıçaqlanması ilə əlaqədar araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, martın 4-də Sumqayıt şəhəri ərazisində 59 yaşlı qadına kəsici alətlə xəsarət yetirilməsi və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. 

Məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

***09:03

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az “report”a istinadən xəbər verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu,1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.