Pakistanda məsciddə partlayış: ÖLƏNLƏR VAR - YENİLƏNİB

Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.

Bu barədə “Geo” telekanalı məlumat yayıb.

Hadisə ilə əlaqədar tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.

Qeyd edilib ki, hadisə müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı zamanı baş verib. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkədə ən böyük İslam məktəblərindən biridir.

***14:35

Pakistanın şimal-şərqindəki Akora Hattak şəhərində yerləşən məsciddə partlayış baş verib, bir neçə nəfər xəsarət alıb.

Bu barədə “Geo” telekanalı yerli polisə istinadən məlumat yayıb.

"Akora Hattak şəhərindəki Darul Ulum Haqqaniyya məscidində partlayış baş verib, bir neçə nəfər xəsarət alıb", - telekanal bildirib.