Deputat Aliment Fondunun yaradılmasına qarşı çıxdı: "Saxta boşanmaların sayı arta bilər"

"Aliment Fondunun yaradılması saxta boşanmaların sayını artıra bilər".

Stopnarkotik.az xəbər verir ki, bu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, insanlar bəzən bundan sui-istifadə edəcəklər.

Komitə sədri, həmçinin digər bir məsələni də qeyd edərək bildirib ki, Suriyada əsir düşərgələrində girovluqda saxlanılan, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılması son dərəcə xeyirxah və ağır problemin həlli deməkdir:

"Suriyada hakimiyyət dəyişikliyi, Türkiyənin regionda artan gücü, Dəməşqdə səfirliyimizin açılması gələcəkdə vətəndaşlarımızın belə avantürüst əməliyaytlarda iştirakına imkan verməyəcək”.

Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.