Ukrayna Britaniyadan 3,2 milyard dollarlıq müdafiə krediti alacaq

Ukrayna və Böyük Britaniya Kiyevin müdafiə ehtiyacları üçün 2,6 milyard funt sterlinq (3,2 milyard dollar) məbləğində kreditlə bağlı saziş imzalayıb.

Bu barədə Ukraynanın TSN telekanalı məlumat yayıb.

Sazişin təfərrüatları ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, hazırda Volodimir Zelenski Londondadır və Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşür.