SABİRABADDA ƏMƏLİYYAT: 25 yaşlı qadın külli miqdarda narkotiklə tutuldu - FOTO

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.