ABŞ Ukraynaya hərbi yardımı dayandırdı

Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını açıqlayıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Prezident Donald Tramp diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Rusiya-Ukrayna münaqişəsinin həllinə kömək etmək üçün yardımımızı dayandırırıq və nəzərdən keçiririk", - Ağ Ev nümayəndəsi bildirib.