Bakıda iş adamının avtomobilindən 124 min pul oğurlandı - KEÇMİŞ MƏHKUM TUTULDU / FOTO

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Stopnarkotik.az xəbər verir ki, iş adamı A.Quliyevə məxsus "Mercedes" markalı avtomobildən 90 min manat və 20 min dollar (34 min manat) pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Fikrət Cəfərov saxlanılıb. O, əvvəllər də eyni əmələ görə məhkum olunub.