"Zelenski danışıqlar masasına oturmağa hazırdır" - TRAMP

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskidən nadir torpaq ehtiyatları ilə bağlı saziş imzalamağa və danışıqlar masasına oturmağa hazır olduğunu bildirən məktub aldığını açıqlayıb. 

O, bu barədə Konqres qarşısında çıxış edərkən məlumat yayıb. 

"Bu gün mən Zelenskidən vacib məktub aldım. Ukrayna davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır ", - Tramp bildirib. 

Amerika prezidenti Rusiya tərəfi ilə "ciddi danışıqlar"dan da bəhs edib. O, Moskvadan gələn sülhə hazırlığın “güclü siqnallarını” vurğulayıb.