"Starlink" peyk internet sistemi Ukrayna ordusunun özəyidir".
Bunu amerikalı milyarder və "SpaceX" şirkətinin qurucusu İlon Mask "X" sosial şəbəkə hesabında yazıb.
"Mənim "Starlink" sistemim Ukrayna ordusunun özəyidir. Onu söndürsəm, onların bütün ön xətti çökəcək", - deyə o bildirib.
İ.Mask vurğulayıb ki, Ukraynanın qaçınılmaz olaraq məğlub olacağı çıxılmaz vəziyyətdə yaşanan çoxillik qırğından iyrənib.
Qeyd edək ki, "Starlink" peyk rabitə sistemi "SpaceX"ın layihəsidir. Sistem 2022-ci ildə Ukraynada fəaliyyətə başlayıb./oxu.az