ABŞ Ədliyyə Nazirliyi "Google"u inhisarçılıqda ittiham edir

ABŞ Ədliyyə Nazirliyi “Google”a qarşı “Chrome” brauzerinin sahibliyindən imtina etməsini tələb edən yeni iddia qaldırıb.

Bu barədə cümə günü “Washington Post“ qəzeti məlumat yayıb.

Məlumata görə, Ədliyyə Nazirliyi brauzerin satılmasını və digər şirkətlərlə öz məhsullarında “Google”un axtarış sistemindən istifadəsi ilə bağlı müqavilələrin bağlanmasına qadağa qoyulmasını tələb edib.

ABŞ hökuməti “Google”u inhisar statusundan məhrum etməyə çalışır. Rəsmilərin fikrincə, bu, potensial rəqiblərin internet axtarışının əhəmiyyətli bir hissəsinə nəzarət etməsinə mane olur.

Qeyd edək ki, 2024-cü ilin noyabrında ABŞ Ədliyyə Nazirliyi bənzər tələblərlə artıq məhkəmələrə müraciət edib.