Sumqayıtda 33 yaşlı kişi bıçaqlanıb.
Hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.
1992-ci il təvəllüdlü Əmrah Eldar oğlu Xudiyevin aralarında yaranmış münaqişə zəminində qeyri-rəsmi yaşadığı Nailə adlı xanım tərəfindən bıçaqlandığı deyilir.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.