"Vaqner" qorxusu Rusiya hakimiyyətini Dağıstana qarşı səxavətə məcbur edir

Putinin Qafqaz regionu ilə bağlı “narahatlıqdan doğan qayğı”sı davam edir. Stopnarkotik.az xəbər verir ki, Dağıstan regionun inkişafı üçün 5 milyard rubl (55 milyon dollar) alacaq. Bunu Rusiya Federasiyasının prezidenti iyulun 4-də Dərbənddən olan ailə ilə görüşündə deyib.

Prezident Putin bu qərarı iyunun 28-də Dərbəndə səfərindən dərhal sonra verib. “Vaqner”in üsyanından sonra Putinin bu bölgəyə marağının və “qayğısının” artmasının səbəbi, yəqin ki, Ukraynadakı müharibə fonunda Qafqazda sabitliyin pozulması qorxusu, eləcə də müxtəlif xalqların nümayəndələrinin Rusiyadan müstəqillik əldə etmək istəyi haqqında tez-tez səslənən bəyanatlarıdır.

Stopnarkotik.az