Ukraynada hərbi əməliyyatı bu tarixdə bitirməliyik - Şoyqu

“Hərbi xüsusi əməliyyatın məqsədlərinə 2025-ci ilə qədər tam nail olmaq lazımdır”.

Stopnarkotik.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hərbi Departamentin Kollegiya iclası zamanı bildirib.

Nazir vurğulayıb ki, ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqda davam edir.

Şoyqunun sözlərinə görə, Kiyev və onun himayədarlarının hərəkətləri əslində Ukraynanı məhvə sürükləyir.

“Rusiya şəxsi heyətin hazırlığını təkmilləşdirmək və ordunu ən müasir silah növləri ilə təchiz etməklə Silahlı Qüvvələrinin gücünü artırmağa davam edir”, – deyə Sergey Şoyqu əlavə edib.