Azərbaycanın Qarabağ bölgəsini tərk edən işğalçı ermənilərlə bağlı qalmaqallı plandan sonra daha bir anti-Türkiyə təşəbbüsü ortaya çıxıb.
Yunanıstan parlamentinin üzvü Evripidis Stylianidisin qalmaqallı addım atdığı üzə çıxıb. Türkiyənin “Birlik” qəzetindən İlhan Tahsinin yazdığı məqaləyə görə, Stilianidis Qərbi Trakyada demoqrafik quruluş və azlıqlarla bağlı təhlükəli sularda üzməyə davam edir.
“Sizcə bunun arxasında Evripidis Stilianidis dayanır? Bəli, aşağıda oxuyacağınız yazıda onun adı, fikirləri, düşüncələri və sözləri qeyd olunub. Stilianidis demoqrafik quruluşu və Qərbi Trakyadakı Azlıqlarla əlaqədar təhlükəli sularda üzməyə davam edir. Əslində, Stilianidis sözün həqiqi mənasında regionda sülh və əmin-amanlığı pozmaq üçün “odla oynayır”, – deyə məqalə müəllifi yazır.
Həmin məqalə aşağıdakı kimi davam edir.
“Müharibə pis hadisədir, bizim heç kimə düşmənçiliyimiz yoxdur. Biz illərdir Qərbi Trakyada ermənilərlə, ruslarla qonşu olmuşuq. Bizim erməni dostlarımız da var. Biz Qərbi Trakya türkləri olaraq keçmişdə kəndlərimizi, evlərimizi yunanlara açdıq ki, ev tiksinlər və onlar Qərbi Trakyada məskunlaşdılar. Xunta və ondan sonrakı hökumətlərin müxtəlif dövrlərdə azlığa təzyiq göstərməsinə baxmayaraq (assimilyasiya siyasəti hələ də məkrli şəkildə davam edir) birlikdə yaşadıq və yaşayırıq. Amma hakimiyyət bu insanları inkişafdan məhrum bir əraziyə gətirməklə ikinci səhvini edəcək. Səbəb isə illər öncə Sovet İttifaqından gətirdikləri insanların yolda qalmalarıdır. Bəziləri geri dönərkən, digərləri Yunanıstanın başqa bölgələrinə köçdü. Dövlət başçıları Metios və Stilianidis, eləcə də Afinada Qərbi Trakyanı tanımayanlar öz yeraltı planları ilə sanki odla oynayırlar.
Hətta illərdir Qərbi Trakyada müsəlman türk azlıqları ilə bir yerdə yaşayan yunan yazarlar belə, sosial şəbəkələrdəki paylaşımlarında bu fikrin təhlükəli həddə çatmasından narahat olur və Mitsotakis hökumətinə etirazlarını bildirir.
Mitsotakisin Yeni Demokratiya Partiyasından olan Rodop millət vəkili Stilianidis deyib: “Gümülcine cəmiyyəti və daha geniş region Qarabağdan gələn mühacirləri qəbul etməyə hazırdır. Eyni dinə mənsub olan ermənilərlə yunanlar arasında ənənəvi münasibətlər mövcuddur və bu, demoqrafik problemlə üzləşən bütöv bir regionu gücləndirməklə yanaşı, həm də işçi əlləri yaradacaq”./yenisabah.az