Türkiyə Avropaya dəniz topu qurğusu satdı - VİDEO

Türkiyənin müdafiə şirkəti MKE, TCG Akhisar gəmisinin Rumıniya Hərbi Dəniz Qüvvələrinə satılmasından sonra, ilk dəfə hazırlanmış 76 mm-lik Denizhan dəniz artilleriya qurğusunu Avropaya təhvil verib. Stopnarkotik.az bu barədə SavunmaSanayiST.com saytının sosial media hesabında verdiyi məlumata istinadla xəbər verir.

Rumıniyada artıq xidmətə başlayan sistem, NATO və AB üzv dövləti tərəfindən qəbul edilən ilk sistemdir.

“Denizhan-76” hava hücumundan müdafiə, yerüstü döyüş və sahil atəş dəstəyi üçün nəzərdə tutulub. Sistemin atəş sürəti dəqiqədə 80-ə qədər və atəş məsafəsi təxminən 16 km-dir. 

Stopnarkotik.az