Rus admiral güllələnərək öldürüldü

Ötən il Ukraynanın Vinnitsa şəhərində 27 nəfərin ölümünə səbəb olan raket hücumuna görə məsuliyyət daşıyan rus admiral Stanislav Rjitski ölüb.  

Stopnarkotik.az rus mətbuatına istinadən xəbər verir  ki, Rjitski Rusiyanın Krasnodar şəhərində qaçış zamanı onu izləyən qatil tərəfindən güllələnib. Olimp Arenasının yaxınlığında qaçarkən kürəyindən və sinəsindən dörd güllə yarası alan Rjitski son vaxtlar Putinin Ukraynaya qarşı müharibəsində səfərbərlik məmuru kimi çalışırdı.

Həmçinin, sui-qəsd Vinnitsa hücumunun ildönümündə baş verib.