Putinin işğalçı ordusuna növbəti böyük zərbə - 2 BÖLÜYÜ, ÇOX SAYDA TEXNİKASI MƏHV EDİLDİ

Son sutka ərzində düşmən 2 bölükdən çox itki verib. Rusiya ordusunun hərbi texnikası məhv edilib.

UNİAN qeyd edir ki, bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri Aleksandr Tarnavski özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, ukraynalı hərbçilər Donetsk vilayətində Staromayorskoye yaşayış məntəqəsini azad edib və əldə olunan mövqelərdə möhkəmləniblər.