Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mustafabəyli kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Əjdər Əliyev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən söz açıb.
Bildirilib ki, bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində zəruri bütün tədbirlər görülür və qeyd edilən qanunsuz əməllə məşğul olan şəxslərin ifşa olunması istiqamətində qətiyyətli əməliyyat tədbirləri keçirilir.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Stopnarkotik.az