Narkomafiya liderinin cəsədini qəbrindən oğurladılar

“Los Çenoros” adlı Ekvador narkotik bandasının keçmiş lideri Aleksandr Roldanın cəsədi Medellin qəbiristanlığın oğurlanıb.

Narkotik alverçisi mayın əvvəlində başına bir neçə güllə ilə vurularaq öldürülüb.

Roldan rəqib “Los Lobos” dəstəsinin qatillərindən gizlənirdi və hətta əvvəllər o, düşmənlərinin başını kəsmək və ya onları tikə-tikə doğramaq məharətilə şöhrət qazanmağı bacarmışdı.

Roldan həmçinin Meksika kartelləri ilə - xüsusilə Sinaloadan olan banditlərlə yaxşı münasibətdə olub.

Stopnarkotik.az