Lənkəranda istirahət mərkəzinin müdirini bıçaqlayan şəxs SAXLANILDI

Lənkəranda iş adamını bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Stopnarkotik.az APA-ya istinadla xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildiriblər.

Qeyd olunur ki, əməli törətməkdə şübhəli bilinən 40 yaşlı B.Tahirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

*** 13:00

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Firad Həbibov bıçaqlanıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib.

Onun Lənkəranda "Pambayi" istirahət mərkəzinin müdiri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.