Lənkəranda DƏHŞƏT: 11 yaşlı yeniyetmənin tövlədə asılmış meyiti tapıldı

Lənkəranda intihar baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun dağlıq kənlərindən biri olan Bəliton icra nümayəndəliyinin Horavenc kənd sakini 11 yaşlı Surət Novruz oğlu Baxşıyev həyətlərindəki mal-qara tövləsində intihar edib.

Onun həyatına son qoymasına səbəbləri hələ ki məlum deyil.

Qonşular S.Baxşıyevin deyib-gülən biri və dərslərində fəal olduğunu bildirirlər. Bacısının sözlərinə görə, qardaşı həmişəki kimi məktəbdən gəlib, yeməyini yeyib və velosipedlə harasa gedib. Qayıdıb gələndən sonra bu hadisə baş verib.

S.Baxşıyev 2 bacının 1 qardaşı idi və evin ortancıl övladı olub.