Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə ötən gecə rayonun Kərgəlan kəndində qeydə alınıb.
Həmin kənd sakini 1986-cı il təvəllüdlü Rahim Vəliəhəd oğlu İbadov naməlum şəxs və ya şəxslər tərəfinən döyülüb, daha sonra isə bıçaqlanıb.
Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılan R.İbadov reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.