Kütləvi etirazlara səbəb olan qanun TƏSDİQLƏNDİ

İsrail Knesseti (parlament) ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatları haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail parlamentinin saytında məlumat yer alıb.

Hakim koalisiyanın 64 deputatı qanun layihəsinin lehinə səs verib, müxalifət deputatları səsverməni boykot edib.

Qeyd edək ki, islahat Knessetin məhkəmə sistemi üzərində nəzarətinin əhəmiyyətli dərəcədə genişləndirilməsini, o cümlədən İsrail Ali Məhkəməsinin hökumətin qəbul etdiyi qərarları ləğv etmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.

Bundan öncə on minlərlə insan məhkəmə islahatlarına qarşı etiraz yürüşündə iştirak edib. Onlar Qüdsdə Knesset binası yaxınlığında toplaşıblar.