HƏMAS-ın raket hücumu təhlükəsi səbəbindən İsrail parlamenti (Knesset) işini yarıda dayandırmağa məcbur olub
Stopnarkotik.az xəbər verir ki, İsrail parlamentinin açılışı zamanı Qüdsdə sirenlər çalıb. Deputatlar arasında çaxnaşma yaranıb. Siyasətçilər sığınacaqlara yönəldilib.
İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi işə salınıb və partlayış səsləri eşidilib.
İsrail mediası sirenlərdən sonra ümumi yığıncağın boşaldıldığını və insanların sığınacaqlara yönləndirildiyini bildirib.
Raketlərin hara düşdüyü barədə məlumat paylaşılmayıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.