İsrail ordusu “Hizbullah”ın daha bir komandirini öldürdüyünü açıqladı

İsrail ordusu Beyruta növbəti zərbəsi zamanı “Hizbullah” hərəkatının hərbi qanadının kəşfiyyat şöbəsinin üzvü Həsən Xəlil Yasini öldürdüyünü bildirib.

Stopnarkotik.az xəbər verir ki, ordunun mətbuat xidmətinin verdiyi açıqlamaya görə, o, İsrail Hərbi Hava Qüvvələrinin “Hizbullah”ın yerləşdiyi Beyrutun Dahiya bölgəsinə endirdiyi zərbə nəticəsində öldürülüb.

“Yasin İsrailin şimal sərhədində və İsrail ərazisinin dərinliklərində mülki və hərbi hədəflərin müəyyən edilməsindən cavabdeh olan departamentə rəhbərlik edirdi”, - deyə açıqlamada bildirilir.

İsrail ordusunun məlumatına görə, Yasin “Hizbullah”ın bütün hücum bölmələri ilə intensiv əməkdaşlıq edib, İsrail mülki əhalisinə və hərbi personalına qarşı müharibə zamanı həyata keçirilən terror aktlarının planlaşdırılmasında şəxsən iştirak edib və yaxın günlərdə yeni hücumlar etməyi planlaşdırıb.