Sentyabrın 16-sı günortadan sonra Saqqız, Tehran, Məşhəd, Kərəc, Kirmanşah, Sənəndəc, Rəşt və başqa bir neçə şəhərdə qrup halında başlayan etiraz aksiyaları axşama doğru genişlənib.
Bu barədə yerli sosial media fəalları video paylaşırlar.
Paylaşılan video-görüntülərdə Kirmanşah şəhərində etirazçılara odlu silahdan atəş açıldığı əks olunub.
Saqqız şəhərində bir nəfərin güllə yarası aldığı üçün xəstəxanaya aparıldığı, Kərəcdə isə nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir./axar.az