Gəncədə evdən 10 min manatlıq oğurluq edildi - KEÇMİŞ MƏHKUM SAXLANILDI

Gəncə şəhərində evdən 10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakininə məxsus evdən 8 min manat pul və 2 min 500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı C.Mamedov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.