Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nəyə gətirib çıxaracağını anlamalıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə İrəvanın NATO ilə yaxınlaşması haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, əgər kimsə (NATO ilə - red.) yaxınlıq istəyirsə, bunun nə qədər təhlükəsiz olduğunu və nəyə gətirib çıxaracağını başa düşməlidir.
Zaxarova qeyd edib ki, ilk növbədə Ermənistanın özünə, onun milli maraqlarına nəyin sərfəli olduğunu anlamaq lazımdır.
“Xəritəni açıb bu ölkənin hansı regionda, hansı qonşular arasında yerləşdiyini görmək, tarix kitablarını oxumaq lazımdır", - Rusiya XİN sözçüsü vurğulayıb.