Kokain Kolumbiyanın əsas ixracatına çevrilərək neft ixracını ötür.
Stopnarkotik.az xəbər verir ki, “Bloomberg Economics”in göstəricilərinə əsasən, hökumət narkotiklərlə bağlı daha yumşaq siyasət apardığı üçün narkotikin istehsalı genişlənməyə davam etdiyindən kokain Kolumbiyanın əsas ixracatına çevrilərək nefti ötməyə hazırlaşır.
Neft ixracı ilin birinci yarısında 30% azaldı və kokain ticarəti tendensiyası mütəmadi olaraq artdı, yəni bu ilin ikinci yarısında kokain Kolumbiyanın 1 nömrəli ixracatı ola bilər.
“Bloomberg” ekspertləri deyirlər ki, “2022-ci ildə kokain ixracından gələn gəlirlərin 18,2 milyard dollara yüksəlib və bu göstərici keçən il 19,1 milyard dollarlıq neft ixracından çox da geri qalmır. Hökumət koka yarpaqlarının kokainə çevrildiyi laboratoriyaları məhv edir, amma bu kokain istehsalının genişlənməsinə mane olmadı."
Belə anlaşılır ki, hökumətin koka yarpaqlarına qarşı apardığı hərəkat kokain istehsalının məhvinə yox, bu istehsalın müstəqil narkomafiyaların nəzarətindən çıxarılmasına və hökumətin orbitinə keçirilməsinə yönəlib.
Stopnarkotik.az