AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində keçirilən Türkiyə - Ermənistan matçından öncə stadiona gələn azarkeşin üzərinə baxış keçirən zamanı Azərbaycan bayrağını görüb onu öpən polis mükafatlandırılıb.
Türkiyəli polis məmuru Ramazan Şahin göstərdiyi həssaslıq və hörmətə görə Düzce valisi Səlcuq Aslan tərəfindən müvəffəqiyyət sertifikatına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan dövlət rəmzinə böyük ehtiramını göstərən polis əməkdaşlarının bu davranışı alqışla qarşılanmışdı.