Bakıda əmlakı qəsdən məhv etmə halı aşkarlanıb.
Stopnarkotik.az DİN-ə istinadən xəbər verir ki, iyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazanın yanması ilə bağlı Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Ramin Musayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.