Azərbaycanlı taksi sürücüsü polisi narkotiklə zəhərləyib öldürdü - 10 İL HƏBS CƏZASI ALDI

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı taksi sürücüsü Rəhman Süleymanov sərnişinləri psixotrop dərmanlarla zəhərlədiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Süleymanova qarşı iş 2018-ci ildə açılıb. Həmin vaxt onun sərnişinlərindən biri olan polisin meyiti İzmailovo Kremlinin divarları yaxınlığında tapılıb. Şəhərin təhlükəsizlik kameraları sayəsində müstəntiqlər müəyyən ediblər ki, polis əməkdaşı gizli nömrələri olan ağ rəngli “Kia Rio”ya minib. Taksi sürücüsünün maşını və Süleymanov belə aşkarlanıb.

Həmin şəxs saxlanılıb və onun mənzilinə baxış zamanı taksi sürücüsünün avtomobildə qanunsuz olaraq satdığı spirtli içkiyə qarışdırdığı psixotrop maddələr aşkar edilib. Narkotiklər meyiti tapılan polis əməkdaşının bədənindən ekspertiza ilə müəyyən edilən narkotiklərlə üst-üstə düşüb. Süleymanov “zorakı müştəriləri” belə cəzalandırdığını qeyd edib.

Daha sonra Süleymanovun daha bir yaralı müştərisi polisə müraciət edib. Xüsusilə vacib işlərin müstəntiqi Alla Morozenko müəyyən edib ki, taksi sürücüsünün işində 40-a yaxın epizod var.

Məhkəmə Süleymanovun 10 il müddətinə ciddi rejimli həbsxanaya göndərilməsinə qərar verib.