İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfərə yola düşüb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, nazir hava limanında jurnalistlərə açıqlama verib.
Nazir bildirib ki, İran və Azərbaycan Respublikası arasında ticarət balansı əvvəlki vəziyyətinə qayıtmalıdır.
O, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin işini məhkəmə sistemi rəhbərinin və Prezidentin təqib etdiyini diqqətə çatdırıb.
“Tezliklə təqsirləndirilən şəxsə hökm oxunacaq”, - Mehrdad Bəzrpaş əlavə edib.