Azərbaycanda 28 il əvvəl əsgər yoldaşını öldürən şəxs həbs edildi

Hərbi Prokurorluq əməkdaşları tərəfindən 28 il müddətində bağlı qalmış cinayətin üstü açılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Respublika Hərbi prokuroru Xanlar Vəliyev rəsmi mətbuata müsahibəsində deyib.

O bildirib ki, açılan işlərin sırasında 30 ilə yaxın müddətdə bağlı qalmış xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti də olub:

"Belə ki, əsgər P.H.İsgəndərovun 19 may 1995-ci il tarixdə Ağstafa rayonu ərazisində odlu silahdan atılmış atəşlər nəticəsində ölməsi faktına görə başlanılıb və sonradan icraatı dayandırılmış cinayət işi üzrə icraat təzələnərək, istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinə həvalə olunub və həmin idarədə məharətlə aparılan istintaq zamanı əsgər P.H.İsgəndərovun hərbi qulluqçu yoldaşı əsgər H.H.İsaxanov tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olduğundan, sonuncu cinayət məsuliyyətinə cəlb edlərək, onun məhkəmə qarşısına çıxarılması təmin edilib və barəsində ittiham hökmü çıxarılıb".