Aleksey Danilov Ukraynanın Moldovadakı səfiri olacaq

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksey Danilov Ukraynanın Moldovadakı səfiri olacaq.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 29-da çıxışı zamanı deyib.

“Moldova bizim üçün həm regionda təhlükəsizlik problemləri baxımından, həm də ikitərəfli qarşılıqlı fəaliyyətimiz baxımından son dərəcə vacib dövlətdir”, - Zelenskli qeyd edib.