72 əyalətdə narkotik əməliyyatında 970 nəfər saxlanıldı - VİDEO

Türkiyənin DİN naziri Ali Yerlikaya sosial media paylaşımında narkotiklərlə mübarizə çərçivəsində 72 əyalətdə əməliyyatlar keçirdiklərini və bu əməliyyatlara 1487 qrup, 3712 personal, 14 təyyarə və 52 narkotik aşkarlama itinin qatıldığını qeyd edib.

Stopnarkotik.az-ın verdiyi xəbərə görə, əməliyyatla bağlı Yerlikaya bildirib ki, "Son yeddi gündə narkotik satıcılarını hədəf alan davam edən əməliyyatlarımızda 352 kiloqram narkotik və 4 milyon 158 min narkotik həbi ələ keçirdik, insanların sağlamlığına zərər verməsinin qarşısını aldıq. 970 şübhəlini saxladıq".

O, əməliyyatları əlaqələndirən baş prokurorluqları, Təhlükəsizlik Baş İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsini və əməliyyatları həyata keçirən əyalət polis rəislərini və polis məmurlarını təbrik edib. Yerlikaya narkotiklərin bəşəriyyətin ən böyük düşməni olduğunu və Türkiyə və bəşəriyyət adına narkotik satıcılarına qarşı mübarizəni davam etdirəcəklərini bildirib. 

Stopnarkotik.az