40 nəfər saxlanıldı, 6 kq narkotik, çox sayda silah ələ keçdi - ƏMƏLİYYAT + AUDİO

Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Əməliyyat tədbirləri ilə ümumi çəkisi 6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

***

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 23-də ümumi çəkisi 6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.