11 şəhidimizin şəxsiyyəti genetik müayinələrdən sonra müəyyənləşəcək - NAZİRLİKDƏN AÇIQLAMA

 

Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-20-da həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

 

Bu barədə Stopnarkotik.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi və mülki şəxs yaralanıb.