Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Mütəllimli saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, tibbi müayinə zamanı onun marixuana istifadə etdiyi məlum olub.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.