ABŞ ordusu narkotik daşıyan daha iki gəmini vurdu - 5 NƏFƏR ÖLDÜ

ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik daşıdığı iddia edilən iki gəmiyə zərbələr endirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Cənub Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, kəşfiyyat məlumatlarına əsasən, həmin gəmilər məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət ediblər.

Zərbələr nəticəsində beş nəfər ölüb.

Açıqlamada deyir ki, ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.