ABŞ Meksika narkokartelinə sanksiyalar tətbiq etdi

ABŞ-nin Maliyyə Nazirliyi Meksikanın “Santa Rosa de Lima” karteli və ona bağlı şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Nazirlik məlumat yayıb.

Məlumata görə, sanksiyaların tətbiqinə səbəb bu mütəşəkkil cinayətkar qrupun iri həcmli neft və yanacaq oğurluqlarında iştirakıdır.

“Bu kartel enerji daşıyıcılarının trans-sərhəd qara bazarının inkişafına vəsilə olur və qanunlara riayət edən ABŞ neft-qaz şirkətlərinə ziyan vurur,” – nazirliyin məlumatında bildirilir.

ABŞ Maliyyə Naziri Skott Bessent vurğulayıb ki, nazirlik cinayətkar kartellərin maliyyə cəhətdən təcrid olunması üzərində işini davam etdirəcək və qanunsuz gəlirlərin yuyulmasına qarşı mübarizə aparacaq.

“Kartellər harada və necə pul qazanıb yuyursa yusun , biz onları tapacağıq və buna son qoyacağıq”, – deyə Bessent qeyd edib./trend