Dekabrın 17-də ABŞ ordusu Şərqi Sakit Okeanda narkotik daşımaqda şübhəli bilinən bir gəmiyə zərbə endirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı "X" sosial şəbəkəsində yazıb.
"Kəşfiyyat xidməti gəminin Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib", - deyə bildirilib. Həmçinin bildirilib ki, zərbə nəticəsində dörd nəfər ölüb. ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.
Komandanlıq qeyd edib ki, "Cənub Nizə" əməliyyatının Birgə Operativ Qrupu zərbəni müharibə naziri Pit Heqsetin göstərişi ilə həyata keçirib.