ABŞ “Green Card” lotereyasını müvəqqəti olaraq dayandırır.
Bu barədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib.
Nazir buna səbəb kimi Braun Universitetindəki atışmada şübhəli bilinən Klaudio Manuel Nevesin 2017-ci ildə ölkəyə məhz bu proqram vasitəsilə gəlməsini göstərib.
Xatırladaq ki, dekabrın 14-də ABŞ-nin Rod-Aylend ştatındakı Braun Universitetinin kampusunda baş verən atışma nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.