Qaxda minik avtomobilləri toqquşub, ölən var.
Stopnarkotik.az xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Qax-Şəki avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.