Qarabağ kanalının Ağcabədidən keçən hissəsində adam batdı

Qarabağ suvarma kanalının Ağcabədi rayonundan keçən hissəsində bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112" qaynar telefon xəttinə rayonun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Stopnarkotik.az