Arvadını öldürməyə cəhd edən şəxs saxlanıldı - CİNAYƏT İŞİ AÇILDI

Naxçıvanda qəsdən adam öldürməyə cəhd faktına görə cinayət işi başlanıb.

Stopnarkotik.az xəbər verir ki, dekabrın 17-də Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Sədərək rayonu Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun həyat yoldaşı Aləmzər Abbasovaya xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. 

Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.